DÜNYA


“Tax Foundation”: Ən rəqabətqabiliyyətli vergi sistemi Estoniyadadır

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

ABŞ-ın Vaşinqton şəhərində yerləşən “Tax Foundation” analitik mərkəzin hesabatına görə, Estoniya rəqabətqabiliyyətli vergi sisteminə görə dünyada birinci yerdədir.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, hesabatda vergi siyasətinin 40-dan artıq göstəricisi beş kateqoriya üzrə qiymətləndirilib. Buraya başqa göstəricilərlə yanaşı, korporativ vergilər, fiziki şəxslərin gəlirlərindən vergi tutulması, istehlak vergisi, əmlak vergisi, eləcə də valyuta daxilolmalarından istifadə daxildir.

Mərkəzin açıqlamasına əsasən, Estoniya reytinq üzrə birinci yerə dörd amilə görə layiq görülüb. Buraya korporativ vergi dərəcəsinin aşağı olması, əmlak vergisinin daşınmaz əmlakın qiymətinə və kapitala deyil, yalnız torpağın qiymətinə tətbiq edilməsi, eləcə də yaxşı düşünülmüş ərazi vergi sistemi daxildir.

Reytinq üzrə ikinci və üçüncü yerləri Yeni Zelandiya və Latviya tutub. ABŞ, Yunanıstan, Portuqaliya, İtaliya və Fransa kimi ölkələr siyahıda ilk onluqda qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.