İQTİSADİYYAT


“Tax Free” sisteminin ölkənin bütün nəzarət-buraxılış məntəqələrində tətbiqi tam mümkündür

A+ A

Bakı, 21 sentyabr, Elvin Camalov, AZƏRTAC

“Tax Free” sisteminin ölkənin bütün nəzarət-buraxılış məntəqələrində tətbiqi tam mümkündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sistem artıq Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq edilir. Nəzarət-buraxılış məntəqələrində də “Tax Free”nin tətbiqi üçün şərait yaradılıb.

“Biz bu sistemin tətbiqinə tam hazırıq. Lakin bu məsələ təkcə Dövlət Gömrük Komitəsindən asılı deyil, sistem tətbiq edilən kimi biz bütün nəzarət-buraxılış məntəqələrində onun işini təmin edəcəyik”, - deyə A.Əliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.