Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491; 2004, № 2, maddə 57; 2007, № 5, maddə 397; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1373, № 7, maddə 1241; 2016, № 7, maddə 1241) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.0.4-cü maddədə “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilsin.

2. 14.2-ci maddədə “müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş, ixtisaslaşdırılmış laboratoriyalarda” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin