Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Taxılçılığın inkişafı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

Ağdam, 24 oktyabr, AZƏRTAC

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır.

Ölkəmizdə taxılçılığın inkişaf etdirildiyi ərazilərdən biri də Qarabağ bölgəsidir. Bölgədə son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Özəl taxılçılıq təsərrüfatlarının yaradılması ərzaq bolluğuna xidmət edir

Ölkənin taxıl məhsulları ilə təminatında özəl iri taxılçılıq təsərrüfatlarının rolu böyükdür. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli və Xocavənd rayonları ərazisində yaradılan onlarla özəl taxılçılıq təsərrüfatında hər hektar sahədən yüksək məhsuldarlıq əldə olunur ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində dövlət torpaq fondu hesabına 4800 hektar sahədə yaradılıb. Təsərrüfatın fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən ərazidə lazımi infrastruktur yaradılıb, meliorasiya-irriqasiya, yolların çəkilməsi və enerji təminatı həyata keçirilib.

Təsərrüfatda dünyanın ən son texnologiyası tətbiq olunub. 64 ədəd müasir suvarma sistemi – pivot quraşdırılıb, 5 nasosxana, 5,5 milyon manat dəyərində 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu inşa edilib. Təsərrüfata 4,2 milyon dollar dəyərində 20-dək müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb. Bu müddətdə təsərrüfat istər kənd təsərrüfatı texnikaları seçimində, istər toxum alınmasında, istərsə də, gübrə və pestisidlərin əldə edilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edib.

Görülən işlər sayəsində taxıl istehsalında yüksək məhsuldarlığa nail olunub. Belə ki, 2012-ci ilin payızında əkilən taxıldan 2013-cü ildə ölkə üzrə rekord məhsuldarlıq – hektara 55,6 sentner məhsul əldə edilib. 2015-ci ildə ümumi dəyəri 11 milyon manatdan çox olan 60,5 min ton məhsul, o cümlədən 26 min ton qarğıdalı, 25 min tona yaxın silosluq qarğıdalı, 6 min tondan çox buğda, 3 min tona yaxın saman, 690 ton arpa, min tona yaxın soya istehsal olunub. 2016-cı ildə 26 min ton qarğıdalı, 600 tondan çox buğda, 700 tona yaxın arpa, 5 min ton soya istehsalı proqnozlaşdırılır.

Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində “AzAqroTaxıl” MMC tərəfindən yaradılan özəl taxılçılıq təsərrüfatı isə 1500 hektara yaxın sahəni əhatə edir. Təsərrüfatda yeraltı su boruları çəkilib, süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Təsərrüfatdaxili hərəkət yolları, su və elektrik xətləri çəkilib. Təsərrüfatın suvarma suyu ilə təminatı yeni inşa edilmiş nasos stansiyası vasitəsilə həyata keçirilir.

Cari ildə aqrotexniki qaydalara əməl olunmaqla bərk buğda ilə yanaşı qarğıdalı, çuğundur, pambıq da becərilir. Növbəli əkin sisteminin tətbiq edildiyi təsərrüfatda taxıl becərilməsi aqrotexniki qaydalara uyğun aparılır. Becərilmə zamanı məhsuldarlığa və keyfiyyətə təsir edən xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri görülür.

İyun ayında havaların yağmurlu keçməsi məhsuldarlığa mənfi təsir göstərsə də, hər hektardan orta hesabla 45-50 sentner taxıl götürülüb. Növbəti illərdə hektardan orta məhsuldarlığın 60-70 sentnerə çatdırılması qarşıya hədəf qoyulub.

 Yüksək reproduksiyalı toxumlardan istifadə məhsuldarlığın

 artırılmasında mühüm rol oynayır

Taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı və səpin zamanı bu toxumlardan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində dövlət və özəl toxumçuluq təsərrüfatlarının rolu böyükdür. Toxumçuluğun inkişafına dövlət tərəfindən göstərilən dəstək bu sahəyə marağı artırıb, istər orijinal, super elit və elit, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib. Görülən tədbirlər nəticəsində taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin edilir.

Son illərdə Qarabağ bölgəsində onlarla yeni toxumçuluq təsərrüfatları yaradılıb, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunublar. Belə müəssisələrdən biri 2015-ci ilin oktyabrında Beyləqan və Füzuli rayonları ərazisində yaradılmış “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu il MMC-nin Füzuli rayonu ərazisindəki təsərrüfatında aqrotexniki qaydalara əməl olunmaqla 10 min hektarda taxıl yetişdirilib. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan, “Bərəkətli 95”, “Krasnodar-99”, “Batko”, “Nota” sortlarına üstünlük verilib. Aqrotexniki qulluq sayəsində yüksək məksuldarlığa nail olunub. İstehsal edilən 5 min tondan artıq super elit, elit və “R-1” reproduksiyalı toxumlar həm “Kraun KO-1” MMC-nin tələbatını ödəyir, həm də Beyləqan, Füzuli və ətraf rayonlarda taxılçılıqla məşğul olan fermerlərin toxumla təmin edilməsində mühüm rol oynayır.

Tərtər rayonunda yaradılan “Tərtər” MMC özəl toxumçuluq təsərrüfatında isə buğdanın “Azəri”, “Murov 2”, “Qırmızı gül”, “Şəfəq 2” sortları, arpanın “Qarabağ 22”, “Qarabağ 33” sortları becərilir. Tirəli və adi səpin texnologiyaları əsasında becərilən taxıl sahələrindən bol məhsul əldə edilir. İstehsal olunan yüksək reproduksiyalı taxıl təmizlənərək çeşidlənir, laboratoriya müayinəsindən keçirilərək, dərmanlanır, kisələrə yığılaraq fermerlərə satılır.

Tərtər Bölgə Təcrübə Stansiyası əldə etdiyi elmi nəticələrlə 

taxılçılığın inkişafına öz töhfəsini verir

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır.

Respublikada əkilib-becərilən yumşaq buğdanın “Zirvə 85”, “Tale 38”, “Qırmızı gül”, “Əzəmətli 95”, “Aran”, “Azəri”, “Murov 2”, “Əkinçi 84”, bərk buğdanın “Bərəkətli 95”, “Qarabağ”, arpanın “Qarabağ 22”, “Qarabağ 33” sortları Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilib.

Stansiyanın becərmə texnologiyası şöbəsində yeni yaradılmış perspektiv sortların aqrotexnikası da öyrənilir. Toxumçuluq şöbəsinin işçiləri isə yumşaq buğdanın 10, bərk buğdanın 1, arpanın 2 sortunun elmi əsaslarla toxumçuluğu ilə məşğuldurlar. Hər il burada 450-500 ton yüksək reproduksiyalı super elit və elit toxumlar istehsal edilir.

Bu ilin məhsulu üçün 306 hektarda toxumluq arpa və buğda sortları əkilib. Min tona yaxın məhsul tədarük edilib. Stansiyada ilkin artırma, super elit, elit reproduksiyalı toxum istehsal olunur. Toxum istehsalı yüksək dövlət standartlarına uyğun həyata keçirilir. Bu toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə verilir.

Respublikada taxıla olan tələbatı daxili istehsal hesabına tam ödəmək üçün qarşıya qoyulan hədəf məhsuldarlığın yüksəldilməsidir. Odur ki, stansiyada intensiv texnologiyaların (tirəli səpin, sıfır becərmə və minimal becərmə) tətbiqinə geniş yer verilir.

Taxıl məhsullarını müasir anbar komplekslərində uzun müddət

itkisiz saxlamaq mümkündür

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq atılan addımlardan biri də müasir taxıl anbarı komplekslərinin yaradılmasıdır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən taxıl məhsullarının saxlanılması üçün ümumi tutumu 352 min tona yaxın olan 23 taxıl anbarı kompleksinin yaradılmasına 191,8 milyon manat kredit verilib. Bu istiqamətdə tədbirlər Qarabağ bölgəsində də uğurla həyata keçirilməkdədir. Son illərdə Ağcabədi, Bərdə və Beyləqan rayonlarında ümumi tutumu 65 min ton olan 5 müasir taxıl anbarı kompleksi istifadəyə verilib. Müasir tələblərə cavab verən anbar kompleksləri taxıl məhsullarının uzun müddət itkisiz saxlanmasına, respublikada taxılçılığın inkişafına təkan verməklə əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaradır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.

Taxıl istehsalı məhsuldarlığın yüksəldilməsi hesabına ilbəil artır

Ölkədə aparılan uğurlu aqrar siyasət, dövlət tərəfindən fermerlərə göstərilən dəstək, subsidiyaların verilməsi, texnika və gübrələrlə təminat kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına xidmət edir. Qarabağ bölgəsinin taxılçılıqla məşğul olan fermerləri dövlətin dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, intensiv becərmə texnologiyalarının tətbiqi ilə hər hektarın məhsuldarlığının yüksəldilməsi hesabına taxıl istehsalını ilbəil artırırlar. Əgər 2015-ci təsərrüfat ilində Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Tərtər, Füzuli və Xocavənd rayonları üzrə 386 min 860 ton taxıl istehsal edilmişdisə, 2016-cı ildə 442 min 270 ton taxıl tədarük olunub. Bu il bölgədə yeni taxılçılıq təsərrüfatlarının yaradılması, innovativ texnologiyaların tətbiqi növbəti illərdə taxıl istehsalının daha da artacağını deməyə əsas verir.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub