REGİONLAR


“Taxtakörpü” SES-də 36,5 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 6 noyabr, AZƏRTAC

Cari ilin sentyabr ayında “Taxtakörpü” Su Elektrik Stansiyasında (SES) 2,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. 2016-cı ilin 9 ayı ərzində isə bu stansiyada elektrik enerjisi istehsalı 36,5 milyon kilovat-saatdan çox olub. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1 milyon kilovat-saat artıqdır.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də uğurlu nəticələr əldə edilib.

Cari ilin son üç ayında “Taxtakörpü” SES-də hidroaqreqatlara qrafik üzrə nəzərdə tutulmuş texniki xidmət işləri tam şəkildə yerinə yetirilib.

Qeyd edək ki, 3 hidroaqreqatdan ibarət, ümumi gücü 25 meqavat olan bu SES 2013-cü ildə istismara verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.