DÜNYA


Tayms-skverdə insident: avtomobilin piyadalara çırpılması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Bakı, 18 may, AZƏRTAC

Nyu-Yorkun mərkəzi meydanı – Tayms-skverdə avtomobilin böyük sürətlə piyadaların üstünə sürülməsi nəticəsində azı 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Nyu-York polisi yalnız onu təsdiqləyib ki, hadisə ilə əlaqədar 13 piyadaya tibbi xidmət göstərilib. Bununla yanaşı, şəhərin yanğın xidməti 1 nəfərin həlak olduğunu, daha 12 nəfərin zərər çəkdiyini bildirib.

Şahidlərin sözlərinə görə, sürücü meydanda müəyyənləşdirilən sürət həddini aşaraq avtomobili hərəkətin əksinə sürüb və düşünülmüş şəkildə səkiyə çıxarıb.

Fox News telekanalı xəbər verir ki, sağ qalan sürücü həbs olunub. Onun hərəkətinin motivləri hələlik müəyyənləşməyib. Polisin gəldiyi ilkin qənaətə görə, hadisə terrorla əlaqəli deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.