DÜNYA


Tayvan “Megi” tufanının əsas zərbəsini qarşılamağa hazırlaşır

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

“Megi” tufanı nəticəsində Tayvan adasında işıqsız qalan evlərin sayı 210 mini ötüb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu, cari il ərzində adanı cənginə alan artıq 17-ci tayfundur.

Sentyabrın 27-də bir çox şəhər və qəzalarda tufan səbəbindən məktəblər və ofislər, bir çox avtomobil yolları bağlanıb. Ən güclü zərbə isə günün sonunda, tufanın əsas cəbhəsi adaya gəlib çatanda gözlənilir. Bir qədər əvvəl sürət qatarlarının hərəkəti tam dayandırılıb. Bu səhər isə 350-yə yaxın aviareys ləğv olunub və ya təxirə salınıb.

Milli Müdafiə Nazirliyi təbii fəlakətin mümkün nəticələrinin aradan qaldırılmasına 35 mindən çox əsgər və çoxsaylı texnika səfərbər edib. Adanın bütün ərazisində insanların evakuasiyası üçün nəzərdə tutulan 92 hərbi düşərgə yaradılıb.

Çinin milli meteoroloji bürosunun məlumatına görə, tayfun ölkənin materik hissəsinin sahillərinə sentyabrın 28-də çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.