MƏDƏNİYYƏT
Tayvanda beynəlxalq uşaq folkloru festivalı başa çatıb
Bakı, 18 avqust, AZƏRTAC
Tayvanda keçirilən Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu festivalı başa çatıb. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupu təmsil edib.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanın xalq çalğı alətlərində - nağarada “Ritmlər”, tarda “Şur”, kamançada “Mahur”, habelə qarmonda “Segah”, klarnetdə “Çahargah”, fortepianoda “Bayatı-şiraz” muğamları və “Aysel-Buta” folklor qrupu tərəfindən “Yallı”, “Nəlbəki”, “Naz eləmə” rəqsləri ifa olunub.
Qeyd edək ki, Azərbaycan mətbəxi gününün də keçirildiyi festivalda ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]