DÜNYA


Tayvanda güclü yağış daşqınlara səbəb olub

Bakı, 2 iyun, AZƏRTAC

Tayvanda güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində avtomobil yolları və yaşayış evləri su altında qalıb. Xilasedicilər təbii fəlakətdən ən çox zərər çəkən bölgələrin əhalisini təxliyə etməyə başlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həmçinin daşqınlar səbəbindən 170-dən artıq aviareys ləğv olunub və ya təxirə salınıb. Ölkənin bəzi şəhərlərində məktəblər və uşaq bağçaları bağlanıb. Bundan başqa, təbii fəlakət Sinbey şəhərində avtomobil körpüsünün qismən dağılmasına səbəb olub.

Son məlumata əsasən, daşqınlar azı bir nəfərin həyatına son qoyub. Ölkədə güclü yağışların iyunun 5-dək davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.