DÜNYA


Tayvanda konserv zavodunda baş verən partlayış nəticəsində yaralananlar var

Pekin, 7 iyun, AZƏRTAC

Çinin Tayvan adasında konserv zavodunda baş verən partlayış nəticəsində 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Sinxua agentliyi Taypey şəhər yanğın departamentinə istinadla xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hazırda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.