CƏMİYYƏT


Tbilisi Açıq Universitetində Azərbaycan dilinə böyük maraq var

A+ A

Tbilisi, 10 noyabr, AZƏRTAC

Tbilisi Açıq Universitetində Azərbaycan dilinə böyük maraq var. Bunu nəzərə alan universitet rəhbərliyi Azərbaycan dili kabinetinin açılması barədə qərar qəbul edib.

Tbilisi Açıq Universitetinin Azərbaycan bölməsinin dekanı Meki Lobjanidze AZƏRTAC-a müsahibəsində deyib ki, məqsəd Gürcüstanda Azərbaycan dilini öyrətmək, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrini inkişaf etdirməkdir.

Dekan bildirib ki, son vaxtlar universitetdə təhsil alan gürcü tələbələrin Azərbaycan dilinə marağı artıb. Eyni zamanda, digər millətlərin nümayəndələri, Tbilisidəki diplomatik korpusun əməkdaşları Azərbaycan dilini öyrənmək üçün müxtəlif kurslar axtarırlar. Rəhbərlik bunu nəzərə alaraq universitetdə Azərbaycan dili kabinetinin açılmasına qərar verib. Kabinet 2017-ci ilin əvvəllərində artıq fəaliyyət göstərəcək.

Qeyd edilib ki, hazırda universitetdə Çin dili, rumın dili kabinetləri fəaliyyət göstərir. Universitetdə təhsil alan gürcü, azərbaycanlı tələbələr, eləcə də bu dilləri öyrənmək istəyən şəxslər Çin və rumın dillərini öyrənirlər. Artıq bir neçə tələbə Çinə və Rumıniyaya göndərilib. “Hesab edirəm ki, bu yolla biz həm də ölkələrimiz arasındakı dostluq əlaqələrini inkişaf etdirə biləcəyik”, - deyə M.Lobjanidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.