REGİONLAR


Tbilisi Dövlət Dram Teatrının Şəki festivalında çıxışı maraqla qarşılanıb VİDEO

A+ A

Şəki, 18 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Uğurla davam edən II Şəki Beynəlxalq Teatr Festivalı artıq dördüncü gündür ki, tamaşaçıları bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirir.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində sentyabrın 18-də Gürcüstan Respublikasının S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının yaradıcı kollektivi Şəki tamaşaçılarına Vaja Pşavelanın “Ev yiyəsi və qonaq” tamaşasını təqdim edib.

Səhnə əsərinin quruluşçu rejissoru İrakli Qoqiya, rəssamı Laşa İaşvili, musiqi tərtibatçısı isə Zviad Beriaşvilidir. Tamaşada əsas rolları Andria Gveleşiani, Georgi Çadadze, Gigi Miqriauli, Tina Gvazava və başqaları oynayıblar.

Əsər ovçu Çoxolanın başına gələnlərdən bəhs edir. Doğma kəndinin yaxınlığında naməlum adama rast gələrək onu evinə dəvət edən Çoxola hələ bilmir ki, bu adam onun öz doğma qardaşının qatilidir.

Əsərdə iki qədim adət – qonaqpərvərlik və qanlı qisas adətləri toqquşur.

Uğurla başa çatan tamaşanın sonunda kollektivə festivalın təşkilatçıları adından hədiyyə təqdim olunub.

Festival çərçivəsində sentyabrın 18-də daha bir tamaşa Mingəçevir Dövlət Dram Teatrında oynanılıb. Gəncə Dövlət Dram Teatrı mingəçevirli tamaşaçılara Cəlil Məmmədquluzadənin “Dali yığıncağı” əsərini təqdim edib.

Sentyabrın 19-da Şəki teatrının səhnəsində Moskvanın “Trikster” Teatrı çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.