DÜNYA


Tbilisi, Kutaisi və Batumidə bəzi aviareyslər təxirə salınıb

Tbilisi, 19 aprel, AZƏRTAC

İki gündür davam edən güclü külək Gürcüstanda bəzi aviareyslərin təxirə salınmasına səbəb olub.

Tbilisi beynəlxalq aeroportundan AZƏRTAC-a bildiriblər ki, güclü külək səbəbindən Batumi, Kutaisi və Tbilisi aeroportlarından dünyanın bir çox ölkələrinə nəzərdə tutulan uçuşlarda fasilə yaranıb, bəzi aviareyslər təxirə salınıb.

Hava limanlarında sərnişinlərin rahatlığı üçün tədbirlər görülür. Bəzi istiqamətlər üzrə uçuşlar həyata keçirilsə də, gözləyənlər çoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.