İQTİSADİYYAT
Tbilisi prospektindəki yol yenidənqurmadan sonra avtomobillərin hərəkəti üçün açılmışdır VİDEO
Bakı, 15 iyul (AZƏRTAC). Paytaxtın Tbilisi prospektinin Vahab Salamzadə və Şəfayət Mehtiyev küçələri ilə kəsişmələri arasındakı yol yenidənqurmadan sonra açılmış və avtomobillərin hərəkəti üçün bərpa edilmişdir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, artıq həmin ərazidəki beton maneələr götürülmüş və maşınların sərbəst hərəkəti təmin edilmişdir.
Bundan əlavə, yenidənqurmadan sonra həmin yolda yeni dönmə əməliyyatı da yaradılmışdır.