ORDU
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
Tbilisi, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Tbilisidə Azərbaycanın, Gürcüstanın və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov, Mindia Canelidze və İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi