ELM VƏ TƏHSİL
Tbilisidə Azərbaycan multikulturalizmi tədris ediləcək
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Bakı Slavyan Universiteti (BSU) ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (TDU) arasında Memorandum imzalanıb.
Bakı Beynəlxalq Multikultuiralizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BSU-nun rektoru Asif Hacıyev və TDU-nun rektoru Vladimir Papava tərəfindən imzalanan sənədə uyğun olaraq növbəti akademik tədris ilində Tbilisi Dövlət Universitetində Bakı Beynəlxalq Multikultuiralizm Mərkəzinin təşkilatçılığı və dəstəyi, eləcə də hazırladığı proqram əsasında “Azərbaycan multikulturalizmi” fənni tədris ediləcək.