İQTİSADİYYAT


Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının iclası keçiriləcək

Tbilisi, 12 iyun, AZƏRTAC 

Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçiriləcək.

İclasda iştirak etmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti iyunun 12-də Gürcüstan paytaxtına gəlib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər, iqtisadiyyat, maliyyə nazirliklərinin, Dövlət Neft Fondunun və digər aidiyyəti qurumların vəzifəli şəxsləri daxildir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.