İQTİSADİYYAT


Tbilisidə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres keçiriləcək

Tbilisi, 28 yanvar, AZƏRTAC

Fevralın 15-16-da Tbilisidə Xəzəryanı və Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin və beynəlxalq maliyyə korporasiyalarının rəhbərlərinin iştirakı ilə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres və sərgi keçiriləcək.

Gürcüstanın Energetika Nazirliyindən bildiriblər ki, konqres çərçivəsində energetika nazirlərinin görüşü də nəzərdə tutulub. Bu görüşlərdə energetika sahəsində beynəlxalq əməkdaşlıq, Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrində investisiya layihələrinin effektiv həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Konqresdə Gürcüstan, Azərbaycan, Rusiya, Türkiyə, Tacikistan, Qırğızıstan, İran və digər ölkələrdə iri və ortahəcmli Su Elektrik Stansiyalarının tikintisi və modernləşdirilməsi ilə bağlı 40-a yaxın layihənin təqdimatı da keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.