SİYASƏT


Tbilisidə keçirilən beynəlxalq konfransda ermənilərin pozuculuq fəaliyyətinin qarşısı alınıb

Tbilisi, 11 may. AZƏRTAC

Kütləvi informasiya vasitələrinin Tbilisidə keçirilən 14-cü Cənubi Qafqaz beynəlxalq konfransında ermənilərin pozuculuq fəaliyyətinin qarşısı alınıb.

KİV-in “Saxta xəbərlər, dezinformasiya və təbliğat mövzusunda Tbilisidə keçirilən 14-cü Cənubi Qafqaz beynəlxalq konfransında Azərbaycan nümayəndə heyəti dezinformasiya, təbliğat və söz azadlığından sui-istifadə hallarına qarşı ölkəmizdə görülən işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycana qarşı bəzi KİV-lər, xüsusən də Qərb ölkələrinin erməni lobbisi ilə əlaqəli olan media orqanları tərəfindən məqsədyönlü şəkildə əks-təbliğat, dezinformasiya və qarayaxma kampaniyaları həyata keçirilir. Ölkəmizdə mötəbər tədbirlərin keçirildiyi vaxtlarda bu, daha kəskin xarakter alır.

Bu zaman ermənilər Azərbaycan nümayəndə heyətinin çıxışına mane olmağa çalışıblar.

Konfransda iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv, qeyri-etik davranışları ilə Azərbaycan nümayəndə heyətinin üzvlərinin çıxışlarına mane olmağa, konfransın işini dayandırmağa çalışıblar. Lakin digər nümayəndələr ermənilərin heç bir hüquqi əsasa, etik normalara sığımayan çıxışlarına etiraz ediblər və konfrans öz işini davam etdirib.

Digər maraqlı hadisə konfransın yekun, tövsiyə xarakterli sənədinin qəbulu zamanı baş verib.

Azərbaycan nümayəndə heyəti beynəlxalq media qurumlarının, eləcə də xarici ölkələrin jurnalistlərinin başqa dövlətlərin ərazisinə keçərkən həmin dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, akkreditasiya qaydalarına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmələrinin vacibliyini vurğulayıb və bunun sənəddə əksini tapmasını təklif ediblər. Bu qərarın işğal altında olan ərazilərdə xüsusi nəzərə alınmasının vacibliyini qeyd olunub.

H.Hacıyevin sözlərinə görə, ermənilər bu məsələyə də kobud müdaxilə etməyə çalışıblar. Lakin yenə də onların cəhdləri boşa çıxıb və tədbir iştirakçıları Azərbaycan nümayəndə heyətinin mövqeyini müdafiə edib, ermənilərə kəskin etirazlarını bildiriblər.

Qeyd edək ki, ATƏT-in Media Azadlığı üzrə Bürosu tərəfindən təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və digərləri təmsil ediblər.

Konfransda Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, dezinformasiyaların yaratdığı təhlükələr, təbliğatın düzgün təşkili, yeni texnologiyalardan istifadə, jurnalistlərin təhlükəsizliyi, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və s. məsələlər müzakirə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.