CƏMİYYƏT


Tbilisidəki Evangelist-Baptist Kilsəsinin həyətində məscid tikiləcək

Tbilisi, 4 avqust, AZƏRTAC

Tbilisidə fəaliyyət göstərən Evangelist-Baptist Kilsəsinin həyətində yeni məscid tikiləcək.

AZƏRTAC xəbər verir ki, avqustun 3-də məscidin təməlqoyma mərasimi keçirilib. Evangelist-Baptist Kilsəsinin baş yepiskopu Malxaz Songuluşivi bildirib ki, kilsənin həyətində üç səmavi dinin ibadət ocaqlarının tikilməsi barədə qərar qəbul olunub. Kilsənin sol tərəfində sinaqoq, sağ tərəfində isə məscid tikiləcək.

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbərliyi bu tolerant ideyanı dəstəkləyib.

Təməlqoyma mərasimində müsəlman dini icmalarının rəhbərləri iştirak ediblər.

Bildirilib ki, yeni tikiləcək məscidin uzunluğu 8, eni 5 metr olacaq. Məsciddə kitabxana da fəaliyyət göstərəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.