MƏDƏNİYYƏT


Teatr Muzeyində “İslam Azərbaycan teatr mədəniyyəti kontekstində” adlı sərgi açılıb

Bakı, 15 may, AZƏRTAC

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “İslam Azərbaycan teatr mədəniyyəti kontekstində” adlı sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın dəyərli teatr rəssamlarından Əzim Əzimzadə, Bədurə Əfqanlı, Fyodor Qusak, Mikayıl Abdullayev, Ənvər Almaszadə, Kazım Kazımzadə, Toğrul Nərimanbəyov və Elçin Aslanovun Şərq və İslam elementlərini əks etdirən dekorasiya və geyim eskizləri nümayiş olunub.

Sərginin açılışında Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyəti, muzey əməkdaşları, media nümayəndələri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.