MƏDƏNİYYƏT


Teatr Xadimləri İttifaqı yeni tamaşanın premyerasına hazırlaşır

Bakı, 23 may, AZƏRTAC

Mayın 25-də Azərbaycan Teatr Xadimləri İttifaqında mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.

AZƏRTAC xəbər verir ki, Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Asiman Ağa Rövşəndir.

Aktrisa Güşvər Şərifovanın iştirak edəcəyi monotamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzinin vizual görüntüsü və onun acı etirafları ön planda təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.