MƏDƏNİYYƏT


Teatr Xadimləri İttifaqı yeni tamaşasını təqdim edib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Azərbaycan Teatr Xadimləri İttifaqında mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.

AZƏRTAC xəbər verir ki, Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunan psixoloji dramın quruluşçu rejissoru və rəssamı Asiman Ağa Rövşəndir.

Mono-tamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzinin vizual görüntüsü, onun acı etirafları aktrisa Güşvər Şərifovanın ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Zəngin səhnə dekorasiyası və aktrisanın məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.