MƏDƏNİYYƏT


Teatrsevərlərə “Pantomima buketi”

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Azərbaycan Dövlət Pantomima Teatrında “Pantomima buketi” adlı tamaşa nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa Xalq Artisti, teatrın baş rejissoru Bəxtiyar Xanızadənin quruluşunda təqdim olunacaq. Səhnə əsərinin musiqi tərtibatı Əməkdar Artist Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur.

Rolları Əməkdar artistlər Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, aktyorlar Nurlan Rüstəmov, Səbinə Hacıyeva, Səbirə Həsənova və başqaları ifa edəcək.

Böyüklər və uşaqlar üçün nəzərdə tutulan tamaşa qarışıq nömrələr əsasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.