MƏDƏNİYYƏT


Teatrşünaslarımız Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının konqresində iştirak edirlər

Bakı, 26 sentyabr, AZƏRTAC

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və assosiasiyanın üzvü İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər.

AZƏRTAC xəbər verir ki, teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar.

Oktyabrın 2-dək davam edəcək beynəlxalq tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edəcək.

Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında mövzusunda” beynəlxalq simpozium da keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.