İQTİSADİYYAT


Təbii qazla təmin olunmuş abonentlərin sayı 2 milyona çatıb

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

2016-cı ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15 min 695 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3341-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12 min 354-ü isə regionların payına düşüb.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 milyon 945 min 123-ə çatıb.

Həmçinin qeyd olunub ki, cari ilin sentyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 131 min 522 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 369 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.