İQTİSADİYYAT


“Techint” şirkəti region üzrə distribusiya mərkəzini yeni Bakı Limanında yaratmaq istəyir

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

“Techint” şirkəti region üzrə distribusiya mərkəzini Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaratmaq istəyir.

Bakı Limanından AZƏRTAC-a bildirilib ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun tanınmış “Techint” şirkətinin prezidenti Paolo Rocca ilə keçirdiyi görüşdə Ələt qəsəbəsində yaradılacaq Azad Ticarət Zonasında şirkətin regional distribusiya mərkəzinin yaradılması müzakirə olunub. Qonağa yeni Bakı Limanının inkişaf konsepsiyası və yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyi barədə məlumat verilib.

Paolo Rocca öz növbəsində Ələt qəsəbəsində yaradılacaq Azad Ticarət Zonasından böyük gözləntilərinin olduğunu bildirib və məhz buna görə də region üzrə öz distribusiya mərkəzinin yeni Bakı Limanında yaratmaq istədiklərini vurğulayıb.

“Techint” Latın Amerikasının ən böyük polad boru istehsal edən şirkətidir və neft-qaz sahəsində dünyanın ən böyük boru təchizatçılarındandır. 70 illik təcrübəyə və 19500 peşəkar heyətlə şirkət energetika, infrastruktur və arxitektura sektorlarında mühəndislik, təchizat və tikinti xidmətləri göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.