SİYASƏT


Tədqiqatçı alimin yeni kitabı: Ermənilik xisləti və erməni terroru

Bakı, 19 aprel, AZƏRTAC

Tədqiqatçı alim Sövdayar Muradovun oxucuların ixtiyarına verdiyi yeni kitab “Ermənilik xisləti və erməni terroru” adlanır.

AZƏRTAC xəbər verir ki, alimin bu monoqrafiyasında dünya yazarlarının erməni hiyləgərliyinə qarşı əsl həqiqəti əks etdirən fikirləri yer alıb.

Böyük zəhmət bahasına başa gələn və yorulmaz tədqiqatların bəhrəsi olan bu sanbalı nəşrdə bir daha vurğulanır ki, dünya yazarları birmənalı olaraq ermənilərə qarşı öz nifrətini gizlətmədən onları lənətləyirlər. Mənfur qonşularımızın Azərbaycanda və dünya miqyasında törədikləri terrorları, soyqırımları faktlar əsasında geniş kütləyə çatdıran müəllif bu mövzunun müasir dövrümüz üçün çox aktual olduğunu bir daha sübut edir.

Redaktoru tarix elmləri namizədi Boran Əziz, rəyçiləri professor Qüdrət İsmayılzadə, tarix elmləri namizədləri Rafiq Qurbanov və Atamoğlan Məmmədli olan 280 səhifəlik kitabdakı tədqiqatlar 2 yarımbaşlıq altında verilib.

Demək olar ki, S.Muradovun tarixi mənbələrdən aşkara çıxardığı erməniliyi ifşa edən real faktlar nəinki Azərbaycanda, həm də beynəlxalq ictimaiyyətdə böyük maraq doğuracaq. Kitabda yer alan fotoşəkillər zaman-zaman ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətləri çılpaqlığı ilə bir daha oxucuya çatdırır. Yeni nəşr, həmçinin ermənilərin son yüz ildə türkilərə və azərbaycanlılara qarşı apardıqları qanlı cinayətlərə, soyqırımı, etnik təmizləmə və insanlığa sığmayan vəhşiliklərinə faktların dili ilə bir daha güzgü tutur.

Görkəmli alimlərin monoqrafiyaya yazdığı rəylərdə vurğulanır ki, kitab müasir dövrdə Qafqazda millətlərarası ziddiyyətlərin kəskinləşdiyi zamanda bütün oxucular, o cümlədən türk-müsəlman xalqları üçün çox dəyərlidir.

İnanırıq ki, müəllifin tarixi ədəbiyyat, arxiv və dövlət sənədləri əsasında yazdığı kitab bütün dünya oxucuları, xüsusilə də türk xalqları üçün çox qiymətli mənbə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.