ELM VƏ TƏHSİL


Tədqiqatçılar: Mirzə Baxış  Nadimin irsi indiyədək tam toplanmayıb

Bakı, 29 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov XIX əsrdə yaşamış Azərbaycanın görkəmli satirik şairi Mirzə Baxış Nadimin izi ilə şairin vətəni Hacıqabul rayonunun Nəvahi kəndində olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, alimlər rayonun tarix-diyarşünaslıq muzeyinə baş çəkib, şairin qohumları, yaradıcılığı ilə maraqlanan şəxslərlə görüşüb, qəbrini ziyarət ediblər. Tədqiqatçıların fikrincə, Mirzə Baxış Nadimin irsi indiyədək tam toplanmayıb, əsərlərinin müəyyən qismi hələ də əllərdədir. Bu əsərlər üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaq.

Qeyd edək ki, şairin Əlyazmalar İnstitutunda saxlanan əsərləri P.Kərimov və R.Kərimov tərəfindən çap olunub. Bu əsərləri ətraflı nəzərdən keçirdikdə məlum olur ki, Nadim satirik şair olmaqla yanaşı, bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.