ELM VƏ TƏHSİL


“Tədqiqlər” jurnalının ikinci nömrəsi çapdan çıxıb

A+ A

Bakı, 11 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Tədqiqlər” jurnalının ikinci nömrəsi nəşr olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Möhsün Nağısoylunun və professor İsmayıl Məmmədlinin 70 illik yubileylərinə həsr olunan məqalələr yer alıb.

Jurnalda 2016-cı ilin noyabrında Bakıda keçirilən, Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransa aid rəsmi xronika, dilçiliyin müxtəlif sahələrinə aid elmi məqalələr də əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.