ELM VƏ TƏHSİL
Tədris həftəsi altı günlük olan ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da tədris həftəsi altı günlük olan ümumtəhsil məktəblərində ənənəvi olaraq “Son zəng” tədbirləri keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 2014-2015-ci tədris ilində paytaxtın ümumi təhsil məktəblərinin XI sinfini 20.501 şagird bitirib.
“Son zəng” ilə bağlı Bakının məktəblərində müxtəlif tədbirlər keçirilib. Mərasimlərdə məktəblərin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı təqdim olunub, səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə bitirən şagirdlər fəxri fərman və medallarla təltif olunublar.
BŞTİ-nin rəhbərliyi və nümayəndələri 17, 74, 87, 113, 160, 167, 193, 245, 252, 261, 275 nömrəli tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirlərində iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:21]
Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib
- 23.04.2024 [16:48]
BDU-nun şahmat komandasının uğuru
- 23.04.2024 [16:45]
Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb
- 23.04.2024 [16:37]
Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb
- 23.04.2024 [16:34]
Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
- 23.04.2024 [16:18]