SİYASƏT
Tehran radiosunun elektron variantında Gənclər siyasəti üzrə qlobal forum haqqında xəbər yerləşdirilib
Tehran radiosunun elektron variantında Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forum haqqında xəbər yerləşdirilib. Xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimindəki nitqinə xüsusi yer verilib.
Qeyd olunur ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmasının, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyini bildirib. “Biz görürük ki, bəzi hallarda qətnamələr bir neçə gün ərzində yerinə yetirilir. Bizimlə bağlı qətnamələr isə 20 ildən artıqdır ki, hələ də kağız üzərində qalır” – Prezidentin bu sözləri də xəbərdə əksini tapıb.
Xəbərin sonunda vurğulanır ki, Azərbaycanın dövlət başçısı ermənilər tərəfindən işğal olunmuş ərazilərin azad ediləcəyinə əmindir və bu istiqamətdə inamlı siyasət aparır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran