MƏDƏNİYYƏT
Tehranda “Ər və arvad” tamaşası nümayiş olunub
Tehran, 8 iyul, AZƏRTC
İranda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Tehranın “Hünər” Sarayında Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub.
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi tərəfindən təqdim edilən tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur.
Rolları əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.
Tamaşa Tehran teatrsevərləri tərəfindən maraqla və sürəkli alqışlarla qarşılanıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]