ELM VƏ TƏHSİL


Tehranda “Yusif və Züleyxa” poeması çap olunub

Bakı, 10 may, AZƏRTAC 

İran İslam Respublikasının paytaxtı Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin “Yusif və Züleyxa” poeması çapdan çıxıb.

Kitab Türkiyənin Mərmərə Universitetində saxlanılan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilib.

İran alimi Firuz Rifahi Ələmdarinin nəşrə hazırladığı bu kitaba “Ön söz”ü Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov yazıb.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, P.Kərimov “Ön söz”də XV əsr Azərbaycan ədəbiyyatı, Ə.Təbrizinin əsərlərinin səciyyəvi xüsusiyyətləri, anadilli poeziyamızda “Yusif və Züleyxa” mövzusu barədə ətraflı söhbət açıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.