DÜNYA


Tehranda bina çöküb, səfirliklər köçürülüb

Tehran, 19 yanvar, AZƏRTAC

Bu gün səhər saatlarında Tehranda 17 mərtəbəli bina çöküb. Tekstil mallar istehsal edən binanın çökməsinin səbəbləri məlum deyil.

Binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirliklərinin əməkdaşları təxliyə edilib.

Hadisə yerinə polis və təcili yardım maşınları gəlib.

Ölən və yaralananlar haqqında hələlik məlumat verilmir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.