DÜNYA


Tehranda hündür binanın uçması nəticəsində azı 40 yanğınsöndürən həlak olub VİDEO

Tehran, 19 yanvar, AZƏRTAC

Bu gün səhər saatlarında Tehranın mərkəzindəki Firdovsi meydanında yerləşən 17 mərtəbəli binada güclü yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər binaya daxil olaraq yanğını söndürməyə başlayıblar. Bu zaman bina çöküb və təxminən 40 yanğınsöndürən çöküntünün altında qalıb. Hadisə yerinə əlavə olaraq 200 yanğınsöndürən və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi ilə yanaşı, dağıntılar altında qalanların xilas edilməsi işləri aparılır. Ölən və yaralananlar haqqında hələlik dəqiq məlumat yoxdur. Binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyi təmin edilib və onlar təxliyə olunublar.

Xatırladaq ki, bu bina Tehranda inşa edilmiş ilk hündür binalardan biridir. Bina ticarət mərkəzi kimi fəaliyyət göstərirdi. Bununla yanaşı, burada bir sira şirkətlərin ofisləri də var idi. Qeyd etmək lazımdır ki, binada tekstil malları istehsal edən sex də olub. Ehtimal edilir ki, yanğın məhz elə bu sexdə baş verib və sonradan bütün binaya yayılıb.

Bildirilir ki, bu gün İranda istirahət günü olduğundan binada az adam var idi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.