DÜNYA


Tehranda parlament binasına hücum edənlər zərərsizləşdirilib

Bakı, 7 iyun, AZƏRTAC

Tehranda parlament binasında antiterror əməliyyatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, İranın IRIB telekanalının məlumatına görə, bir neçə dəqiqə əvvəl təhlükəsizlik qüvvələri parlament binasına hücum etmiş 4 nəfəri zərərsizləşdiriblər. Hazırda binada yoxlama aparılır.

Bu gün səhər bir qrup silahlı şəxs qadın paltarında parlamentin binasına girib atəş açmağa başlayıb. Təsdiqlənmiş məlumatlara əsasən, hücum nəticəsində iki nəfər ölüb, 30 nəfərədək insan yaralanıb.

Təxminən eyni vaxtda Ayətullah Xomeyninin türbəsi də silahlı hücuma məruz qalıb: hücum edənlərdən biri özünü mavzoleyin yaxınlığında partladıb. Güc strukturları burada iki nəfəri həbs ediblər.

KİV-lər iki insident nəticəsində 8 nəfərədək insanın həlak ola biləcəyini xəbər verirlər. Lakin hakimiyyət orqanları yalnız üç nəfərin – iki nəfərin parlamentdə, bir nəfərin isə mavzoleyə hücum zamanı həlak olduğunu təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.