DÜNYA


Tehranda terror hücumları nəticəsində 12 nəfər həlak olub

Bakı, 7 iyun, AZƏRTAC

Bu gün səhər Tehranda baş verən terror hücumları nəticəsində 12 nəfər həlak olub.

AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bunu İranın təcili tibbi yardım xidmətinin rəhbəri Pir Hüseyn Kolivand bildirib. Onun məlumatına görə, terror hadisələrində 42 nəfər yaralanıb.

KİV-lər, həmçinin parlamentə hücumda iştirak edən 4 terrorçunun öldürüldüyü barədə məlumat yayıblar.

Xatırladaq ki, bu gün səhər bir qrup silahlı şəxs parlamentin binasına girərək atəş açmağa başlayıb. Təxminən eyni vaxtda Ayətullah Xomeyninin türbəsi də silahlı hücuma məruz qalıb: hücum edənlərdən biri özünü mavzoleyin yaxınlığında partladıb. Güc strukturları burada iki nəfəri həbs ediblər.

Hər iki terror hücumunun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.