DÜNYA
Tehranda terror hücumları nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb
Bakı, 8 iyun, AZƏRTAC
Dünən Tehranda törədilmiş terror hücumları nəticəsində həlak olanların sayı 17 nəfərədək artıb.
AZƏRTAC Tasnim agentliyinə istinadla xəbər verir ki, ilkin olaraq 13 nəfərin öldüyü, 52 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.
Xatırladaq ki, iyunun 7-də İranın paytaxtı Tehranda eyni vaxtda iki terror hücumu həyata keçirilib. İki terrorçu Ayətullah Xomeyninin türbəsinə soxulub. Onlardan biri özünü partladıb, digəri polis əməkdaşları ilə atışmada öldürülüb. Bundan əlavə, dörd nəfərlik qrup parlament binasına hücum edərək yuxarı mərtəbələrədək qalxıb. Hücum edənlərdən üçü xüsusi xidmət orqanlar tərəfindən öldürülüb, biri isə özünü partladıb.
Məlumatlara görə, həmin gün polis planlaşdırılan daha bir terror hücumunun qarşısını ala bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [17:06]
Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib
- 18.04.2024 [16:54]
Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib
- 18.04.2024 [16:28]
“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
- 18.04.2024 [16:12]
Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb
- 18.04.2024 [15:59]
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]