ELM VƏ TƏHSİL
Təhsil İnstitutu mütəxəssisləri əməkdaşlığa dəvət edir
Bakı, 15 mart, AZƏRTAC
Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan mütəxəssisləri - müəllim, doktorant, metodistləri əməkdaşlığa dəvət edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iştirakçı namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə bir sıra keyfiyyətlərə malik olmalıdırlar. Belə ki, seçimlərdə ixtisas fənni üzrə dərin bilikləri olan, araşdırma, fikirlərini yazılı formada şərh etmək təcrübəsinə, yüksək özünütəhsil vərdişlərinə, xarici dil, kompüter biliklərinə malik, tədris resurslarının hazırlanması layihələrində iştirak edən, geniş elmi dünyagörüşü olan şəxslərə üstünlük veriləcək.
Bir neçə mərhələdən ibarət müsabiqəyə zəruri keyfiyyətlərə malik şəxslər dəvət ediləcək və qaliblərlə əməkdaşlıq müqaviləsi imzalanacaq.