ELM VƏ TƏHSİL
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun yay məktəbinə qeydiyyat başlayıb
Bakı, 7 avqust, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) avqustun 21-dən 25-dək təşkil edəcəyi yay məktəbinə qeydiyyat başlayıb.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, yay məktəbi bu günün və sabahın müəllimləri (tələbələr, işsiz məzunlar) üçün nəzərdə tutulub. Müasir təhsilin fəlsəfəsi, tədrisin məzmun standartları əsasında təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, yazılı nitqin inkişafı, sinfin idarəolunması, hiperaktiv uşaqlarla işin təşkili, didaktik oyunlardan istifadə texnikası kimi mövzularla maraqlananlar yay məktəbində iştirak edə bilərlər.
Hər gün saat 14:00-dan 18.00-dək TİPİİ-də keçiriləcək yay məktəbində bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər.
Yay məktəbində iştirak etmək istəyənlər qeydiyyat keçməlidirlər.