ELM VƏ TƏHSİL
Təhsil Kompleksində “Fransa Günü”
Bakı, 28 aprel, AZƏRTAC
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Fransanın Azərbaycandakı səfirliyi ilə birlikdə “Fransa Günü” adlı növbəti tədbir keçirilib.
Təhsil Kompleksindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru, əməkdar müəllim Sara Xanlarova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb və burada müxtəlif dillərin tədris olunduğunu diqqətə çatdırıb.
Tədbirin əhəmiyyətini qeyd edən direktor vurğulayıb ki, dünyanın nüfuzlu dillərindən biri olan fransız dili məktəbimizdə çox yüksək səviyyədə tədris edilir.
Fransa ilə Azərbaycanın təhsil sahəsində əlaqələrinin əhəmiyyətini vurğulayan Fransanın Bakıdakı səfiri Paskal Mönye bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Sonra şagirdlərin hazırladıqları mədəni proqram təqdim olunub.
“Les Triplettes de Belleville” fransız filmi nümayiş etdirilib.