ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi ali təhsil müəssisələrində innovativ sahibkarlığın inkişafını gücləndirəcək

A+ A

Bakı, 15 dekabr, Xatirə Cəfərova, AZƏRTAC 

Təhsil Nazirliyi dövlət və özəl sektorlardakı tərəfdaşlarla birlikdə ali təhsil müəssisələrində innovativ sahibkarlığın inkişafını gücləndirməyi qərara alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 15-də “ADA” Universitetində “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda keçirilən seminarda təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib.

Nazir müavini qeyd edib ki, 2017-ci ildə Azərbaycanda müvafiq nazirlik və idarə əməkdaşlarının iştirakı ilə xüsusi komissiyanın yaradılması, bu qurum tərəfindən yüksək texnologiyalar sahəsində sahibkarlıq strategiyasının hazırlanması təklif olunub. Eyni zamanda, Azərbaycan universitetlərində də müvafiq startap-inkubator və akseleratorların yaradılmasına ehtiyac var. Bu sahədə dünya təcrübəsinin öyrənildiyini deyən C.Bayramov hazırda bununla bağlı müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.