ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi məktəbəqədər təhsilin dövlət standartları barədə sənədin layihəsini ictimai müzakirəyə təqdim edir

Bakı, 29 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

İctimai müzakirədə iştirak etmək istəyənlər nazirliyin internet saytının “Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/layihesenedi/mektebeqeder_tehsilin_dovlet_standartlari.pdf həmin sənədlə tanış ola bilərlər.

Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.