CƏMİYYƏT


Təhsil Nazirliyi növbəti layihə sənədini ictimai müzakirəyə çıxarıb

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

İctimai müzakirədə iştirak etmək istəyənlər nazirliyin internet saytının “Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/layihe-senedi/umumi_tehsilin_dovlet_standartlari.pdf) həmin sənədlə tanış ola bilərlər.

Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.

Təhsil Nazirliyi geniş ictimaiyyəti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində fəallığa dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.