ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər   Frankfurt kitab sərgisində nümayiş etdirilir

Bakı, 19 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər Almaniyanın Frankfurt şəhərində təşkil edilən, dünyanın ən böyük kitab sərgisində nümayiş olunur.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 19-da təşkil olunan sərgidə minlərlə nəşriyyat, ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar, elektron təhsil şirkətləri və digər qurumlar iştirak edirlər.

Sərgi iştirakçıları arasında təhsil sahəsində dünyada aparıcı mövqeyə malik “Elsevier”, “EBSCO”, “Cambridge University Press”, “Springer” kimi beynəlxalq təşkilatlar, BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar da yer alıb.

Təhsil Nazirliyi tərəfindən nümayiş etdirilən elektron dərslik portalı dərsliklərə əlyetərliliyi, istifadənin asanlığı, interaktivlik və zənginləşdirilmiş məzmun baxımından maraq doğurub.

Hazırda nazirliyin elektron dərslik platformasında (www.e-derslik.edu.az) 150-dən artıq dərslik yerləşdirilib. Bu dərsliklərdən istifadə sayı 500 mindən çox olub.

Sərgi oktyabrın 25-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.