ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama vermişdir VİDEO
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama vermişdir.
Açıqlamada diqqətə çatdırılır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu qurumların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Bundan əlavə, vətəndaşlara müraciət edilərək bildirilir ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə nazirliyin “Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.
Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər.