ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalanıb
Bakı, 5 may, AZƏRTAC
Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqənin keçirilməsi qərara alınıb.
Məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.