İDMAN


“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının güləşçisi Avropa çempionu olub

A+ A

Bakı, 5 iyul, AZƏRTAC 

Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionata “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialından iki güləşçi qatılıb. 74 kiloqram çəkidə mübarizə aparan Murad Süleymanov əvvəlcə Yunanıstan təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Ardınca Gürcüstan və Polşa idmançılarını mübarizədən kənarlaşdıran M.Süleymanov yarımfinalda Litva təmsilçisini məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisinə də qalib gələrək Avropa çempionatının qızıl medalına yiyələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.