İDMAN


“Təhsil” Respublika İdman Mərkəzinin komandaları beynəlxalq turnirdə uğur qazanıb

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində voleybol üzrə “Tbilisi Open-2016” adlı beynəlxalq turnir keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda 1999-2000-ci il təvəllüdlü oğlanlar və 2000-2001-ci il təvəllüdlü qızlardan ibarət 8 komanda mübarizə aparıb. Turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin oğlanlardan və qızlardan ibarət komandaları müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, turnir yeniyetmə voleybolçuların ustalıq səviyyələrinin və yarış təcrübələrinin artırılmasına kömək etmək məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.